Qaraquş milçək tutmaz.

Lit. An eagle doesn’t catch flies. / Neither lion presses mice, nor eagle catches flies. Орёл мух не ловит. / Орлом комара не травят. / Лев мышей не давит, орёл мух не ловит.
qaraqorxu gəlmək
qaranı ağdan seçmək
OBASTAN VİKİ
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) Müqəddəs ibis Adi göydimdik Adi ağqaz Balıqcıl qaraquş Adi qarıldaq An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Balıqcıl qaraquş
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Qaraquş (dəqiqləşdirmə)
Qaraquş Qaraquş xan Qaraquş (dırnaq mayası) Toponimlər Qaraquş-i Ülya (Xoy) Qaraquş-i Süfla (Xoy) Dağlar Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Qaraquş — Babək rayonu ərazisində dağ. Hündürlüyü 2596 m. Qaraquş — Göyçay rayonu ərazisində dağ. Qaraquş — Şamaxı rayonu ərazisində dağ.
Qaraquş Xan
Qaraquş Xan - türk və altay mifologiyasında quşlar tanrısı. Karaguş və ya Harahus olaraq da xatırlanır. Karağuş şəklində də deyilər. Quşlara hökm edər. Tanrı Ülgənin oğludur. Karakuş (Qaraquş) Anadoluda türklərdə böyük və yırtıcı quşları təyin etməkdə istifadə edilən ortaq bir təbirdir. Bundan başqa, kamın ayin əsnasında etdiyi hərəkətlərin, bəzi bölgələrdə rast gəlinən qartal oyunu ilə təmsil edildiyi görülməkdədir. Qartal oyunu Siirtdə "Harahusta", Urfa və Adıyamanda "Karakustana" şəklində deyilir. Hınısda isə "Yarkusta" oyunu deyilir. Bu oyunun Qaraquş Xana bir hörmət ehtiva etməsi də olabiləcəkdir.Türk şamanları qara quşlara köməkçi ruhlar gözüylə baxardılar.
Qaraquş dağı
Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Dərələyəz silsiləsinin suayrıcısında zirvə. Çalxanqala kəndindən 8 km-dək şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Qaraquş zəngçiçəyi
Qaraquş zəngçiçəyi (lat. Campanula karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür. Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.
Milçək (film, 2006)
Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər. Filmdə 24 aktyor iştirak etmişdir. Filmdə kompüter qrafikasından istifadə edilmişdir. Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür. Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Qaraquş (Neynəvə mühafəzəsi)
Bəqdidə və ya Bet-Xudidə (süry. ܒܝܬ ܟܘܕܝܕܐ; ərəb. بغديدا‎ və ya ərəb. بخديدا‎), həmçinin Qaraquş (süry. ܩܪܩܘ݂ܫ) və ya Əl-Həmdaniyyə adlanır — İraqın Neynəvə mühafəzəsində şəhər. Əhalisi aysorlardan ibarətdir. Mosul şəhərindən təxminən 32 kilometr (20 mil) cənub-şərqdə və Ərbilin 60 kilometr (37 mil) qərbində yerləşir. Qədim Assuriya şəhərləri Nimrud və Nineviyanın xarabalıqlarına yaxındır. 6 avqust 2014-cü ildə İŞİD-in işğalından sonra onun bütün aysor sakinləri Kürdüstan regionuna qaçmalı olmuşdular. Şəhər 19 oktyabr 2016-cı il tarixinə qədər İŞİD-in nəzarətində qalmış, Mosul döyüşünün bir hissəsi kimi azad edilmiş, sonra isə sakinlər geri qayıtmağa başlamışdır.
Qaraquş Müdafiə Komitəsi
Qaraquş Mühafizə Komitəsi və ya Neynəvə Düzü Təhlükəsizlik Qüvvələri — İraqın Neynəvə mühafəzəsinin Bəqdidə şəhərində yaşayan aysorlar tərəfindən yaradılmış silahlı milis. 2004-cü ildə yaradılan komitə yerli kilsələr vasitəsilə təşkil olunmuşdu və nəzarət-buraxılış məntəqələri yaratmağa başlamışdır, lakin tezliklə İraq polisi ilə əməkdaşlıq etməyə başlamışdır.
Qaraquş-i Süfla (Xoy)
Qaraquş-i Süfla (fars. قره قوش سفلي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaraquş-i Ülya (Xoy)
Qaraquş-i Ülya (fars. قره قوش عليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.